Sərxoş halda idarə etdiyi avtomobillə 12 yaşlı uşağı öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə azyaşlının ölümünə səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Hacalıyev Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edərkən yolun kənarında dayanan 12 yaşlı uşağı vurub. Hadisə nəticəsində azyaşlı ölüb.

Leave a Reply