Reqionlarda qar yağıb – VİDEO

Aprelin 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub, qar yağıb.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sarıbaşda 23.0 mm, Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm, Göygöldə 5.0 mm, Gədəbəydə 2.0 mm qar yağıb.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 17 sm, Daşkəsəndə 15 sm, Göygöldə 4 sm olub.

Şəkidə 10.0 mm, Tovuzda 6.0 mm, Balakən, Zaqatalada 5.0 mm, Ağstafa, Naftalanda 3.0 mm, Gədəbəy, Gəncədə 2.0 mm, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1.0 mm-dək yağış yağıb.

Külək: Aprelin 13-ü gün ərzində şimal-qərb küləyi Ağdamda 22 m/s, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 m/s qeydə alınıb.

Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma