“Ekoloji bilik günü” Şirvan Milli Parkında qeyd olunacaq

1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən 15 aprel “Ekoloji bilik günü” kimi bütün dünyada qeyd olunmağa başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova qeyd edib ki, dünya miqyasında bu günün təsis olunmasında məqsəd cəmiyyətdə ekoloji biliklərin, ekoloji mədəniyyətin formalaşması və dünya əhalisinin ekoloji təhsilinin əhəmiyyətinə diqqət çəkməkdir.

“Azərbaycanda da hər il bu günlə bağlı məktəblilər və tələbələrin milli parklara səfəri təşkil olunur, onlar üçün ekoloji təlimlər keçirilir, mütəxəssislər və ekokönüllülər tərəfindən onlara xüsusi mühafizə olunan təbiət ərazilərində qorunan flora və fauna növləri, su ehtiyatlarının mühafizəsi, sudan səmərəli istifadə, tullantıların düzgün idarə olunmasına dair məlumatlar verilir”.

S.Məmmədovanın sözlərinə görə, bu il belə bir tədbir ən zəngin biomüxtəlifliyə malik Şirvan Milli Parkında təşkil olunacaq, ətraf mühitin qorunmasında ekoloji maarifləndirmənin əhəmiyyəti barədə müzakirələr aparılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma