Azərbaycan əhalisinin xərcləri təhlil edilib

2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7,0
milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara
xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 15,5
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel
yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 12,2 faiz artmış, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalarda 0,1
faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
154,3 manatlıq qeyri-ərzaq malları alıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma