ADY iki istiqamət üzrə əlavə qatar təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün iki istiqamət üzrə əlavə qatar təyin edib.

Beləliklə, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər həftəsonu qatarlar təyin edilib.

Biletləri dəmiryol vağzallarının kassalarından qurumun rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.

Leave a Reply