Düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarlarından biridir. Orqanizmin normal funksiyası üçün lazım olan enerji zəruri vitaminlər, mineral maddələr və mikroelementlərlə zəngin qidalar vasitəsilə alınmalıdır.
TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məqaləsinə istinadən bildirir ki, dünyada ən çox müşahidə olunan anemiya forması məhz dəmir defisitli anemiyadır. Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər. Dəmir çatışmazlığından yaranan qanazlığının qarşısının alınması üçün qanda dәmirin sәviyyәsinin yüksəldilməsi tövsiyə olunur. İnsan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır. Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyü və s. göstərmək olar.
Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur.
Mәsələn, Çindә soya yağına dәmirin әlavә olunması anemiya hallarının 1/3 hissəsinin aradan qaldırılmasına gәtirib çıxarıb. Çilidә isә buğda ununa fol turşusu (B9 vitamini) әlavә edildikdәn sonra bir il әrzindә onurğa kanalının tam bitişməməsi (spina bifida) hallarının müşahidə olunması 51 % azalıb. Hindistanın Karnataka ştatında duzun dəmirlə zənginləşdirilməsi nəticəsində 10 ay ərzində məktəblilər arasında anemiya halına rast gəlmə 2 dəfə (16,8 %-dən 7,7 %-ə) azalıb. Braziliyanın San-Paulu şəhərində isə vitamin A, D və dəmir ilə zənginləşdirilmiş südün istifadəsi anemiya halının 62,3 %-dən 26,4 %-dək azalmasına səbəb olub.
Nəzərə alınmalıdır ki, unun zənginləşdirilməsi eyni zamanda bir sıra xəstəliklərin qarşısının alınmasına, immun sistemin möhkəmlənməsinə və koqnitiv inkişafa (idrak, qavrama, intellekt və s.) müsbət təsir göstərir.
Unun zәnginlәşdirilmәsinin bir sıra üstünlüklәri vardır:
– ucuz başa gәlməklə yanaşı, geniş təsir hüdudlarına malik olur. Belə ki, əhalinin bütün tәbәqәlәri gündәlik olaraq çörәk vә un mәmulatlarından istifadә edir;
– gündәlik qida rasionunun tәrkib hissәsi olduğu üçün davranış vә vәrdişlәrdә xüsusi dәyişiklik tәlәb etmir;
– zənginləşdirmə prosesi düzgün aparıldıqda unun dadına, rәnginә vә görünüşünә heç bir mənfi tәsir göstәrmir.