Deputatlarımız İrəvanda AVRONEST-ın komitə iclaslarında iştirak edəcəklər

Fevralın 22-də Ermənistanın  paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Leave a Reply