Dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib

Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasınını qərarı ilə dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib və burada təqdim edilib. 

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar 2022-ci il 17 yanvar tarixindən qüvvəyə minir.

Leave a Reply