Daha üç ölkənin vətəndaşlarına hava yolu ilə Azərbaycana səfər etməyə icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına karantin rejiminin tələbləri nəzərə alınmaqla icazə verilir:

  • İordaniya Haşimilər Krallığı;
  • Kipr Respublikası;
  • Ukrayna.

Leave a Reply