UNESCO-ya Molla Nəsrəddin lətifələri, balaban və çay ilə bağlı müraciət edilib

Azərbaycan UNESCO-ya Molla Nəsrəddin lətifələrinin, balabanın və çayın Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi ilə bağlı müraciət edib.

TIME bildirir ki, mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında qeyd edib ki, müraciətlər “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin lətifələri şifahi ənənəsi”, “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Çay mədəniyyəti” kimi mədəni irsimizin nümunələrini əhatə edib.

Gələn ildə qeyd edilən qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahısına salınması nəzərdə tutulur.

Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 15 qeyri-maddi mədəni irs nümunəsi daxildir. İlk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib

Leave a Reply