Mədəniyyət naziri: Ənənəvi kitabxanalar aktuallığını itirir

Ənənəvi kitabxanalar aktuallığını itirdiyi üçün onların rəqəmsallaşdırılması ümdə vəzifələrdən birinə çevrilib.

TIME bildirir ki, mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında qeyd edib ki, kitabxanaların rəqəmsallaşdırılması məsələsi zamanın tələbidir: “Rəqəmsallaşmanı maksimum sürətləndirməliyik. Mədəniyyət müəssisələrimiz, kitabxanalarımız insanlar üçün əlçatan olmalıdır. Bu, eyni zamanda səmərəliliyin artırılmasına imkan verəcək. Ənənəvi kitabxanalar aktuallığını itirir. Bu istiqamətdə balans yaratmalıyıq”.

Leave a Reply