“Azercell Biznes”-dən tam yeni nəqliyyatın idarəolunması sistemi!

Aparıcı mobil operator “Azercell Telekom” şirkəti korporativ müştərilərinə Əşyaların İnterneti (IoT) sahəsi üzrə yeni biznes həlli təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib olan korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəklində Əşyaların İnternetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznes Nəqliyyatım” həllini istifadəyə verib.

Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznes Nəqliyyatım”  həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.

“Azercell”-in “Biznes Nəqliyyatım” həllinin əsas üstünlükləri:

  • Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin istismar dövrünü uzadır
  • Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir
  • Müştəri xidmətini genişləndirir
  • Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir
  • İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır
  • Ekoloji məsələləri diqqətdə saxlayır
  • Etibarlı tərəfdaşdan kompleks şəklində geniş çeşiddə xidmətlərin təmin edilməsi üstünlüyünü təqdim edir

Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə aldıqda “Biznes Nəqliyyatım” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq.

“Azercell Biznes” öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılması, texniki xidmət və müvafiq təlimlərin keçirilməsi, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür.

“Azercell”-in yeni “Biznes Nəqliyyatım” həlli şirkətlərə Azərbaycanda və ölkə sərhədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həll mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznes Nəqliyyatım”, həmçinin, sürət həddi, sərt əyləc istifadəsi, və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.

“Azercell”-in korporativ müştəriləri “Biznes Nəqliyyatım” həllinin köməyilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında səmərəli, təhlükəsiz, müştəri yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.

Daha ətraflı məlumat üçün bu linkə keçid ala bilərsiniz: https://www.azercell.com/az/corporate.html

Korporativ Telefon Mərkəzi -*6050

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma