Fermerlər üçün səyyar xidmətlər təşkil edilib

Goranboy, Tovuz və Şəmkir rayonlarında fermerlərə EKTİS-də payızlıq əkinlərin bəyan edilməsi üzrə səyyar xidmət göstərilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər.

Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 10000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib.Növbəti aqrar səyyar xidməti Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. 

Qeyd edək ki, indiyə qədər Şəki, Sabirabad, İmişli və Füzuli rayonlarının kəndlərində səyyar aqrar xidmət təşkil olunub. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. 

Leave a Reply