Abşeron dairəvi dəmir yolu xəttində qatarlar necə hərəkət edəcək?

Sabah, 28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

  • Bakı-Pirşağı-Sumqayıt xətti üzrə Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli, Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli
  • Bakı-Xırdalan-Sumqayıt xətti üzrə Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli, Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

Leave a Reply