Sağlamlıq imkanları məhdud uşaqlar əlillik dərəcəsini nə vaxt və necə alınmalıdırlar?

Məlumat üçün bildiririk ki, sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) 18 yaşına çatdıqda onların bu statusu  başa çatır.

TIME Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına istinadən bildirir ki,  qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.

Bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından, sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər. Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün göndəriş (Forma-88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma