Yunus Əmrə İnstitutu TYS imtahanlarına qeydiyyatı elan edib

İmtahanlarda iştirak etmək istəyən şəxslər üçün qeydiyyat aprelin 30-u başa çatır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu (YƏİ) arasında 2020-ci ilin noyabr ayında qarşılıqlı anlaşma memorandumu imzalanıb və razılaşdırılmış əməkdaşlıq sahələrindən biri də Türkçə Yetərlilik İmtahanının (TYS) keçirilməsi üçün DİM tərəfindən dəstəyin göstərilməsidir.

Qeyd edək ki, YƏİ-nin Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanı üçün qeydiyyat martın 29-u başlayıb və aprelin 30-u başa çatır.

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıdakı keçiddən istifadə edə bilərlər: https://sinav.yee.org.tr/login

Leave a Reply