Etiket arxivi: #SHXÇDX

İşğaldan azad edilmiş şəhərlərin günləri təsis edildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək üçün işğaldan azad edilmiş şəhərlərin günləri təsis edildi.

Oxumağa davam et İşğaldan azad edilmiş şəhərlərin günləri təsis edildi

Qismən səfərbərlik elan edildikdə hərbi xidmətə kimlər cəlb edilir? -RƏSMİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

SHXÇDX verdiyi məlumata əsasən, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

SHXÇDX Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün bütün imkanlara malikdir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zənglər və SMS daxil olduqda hərbi vəzifəlilər dərhal hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.