Etiket arxivi: #oyun

İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Oxumağa davam et İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir

Ən son əylənmək məqsədi ilə nə etmisiniz, hansı oyunu oynamısınız?

"Bu günün sualı" rubrikasının bugünki sualı "What was the last thing you did for play or fun?" oldu, yəni  "Ən son əylənmək məqsədi ilə nə etmisiniz, hansı oyunu oynamısınız?". Bu sual biraz düşündürdü, çünki sonzamanlar ətrafımda o gədər çox hadisə baş verdi ki, özüm haqda biraz unutdum.

Onuda deyim ki, mən karantin dövründə darıxmayan insanlardan biriyəm, çünki bu dövrdə mənim həyatımda dözülməz dəyişikliklər baş vermədi. Ailəmə, öz aləmimə o qədər bağlıyam ki, az sayda yaxın insanlarımla özümü yaxşı hiss edirəm və həftədə bir-iki dəfə evdən kənara çıxmağım mənə bəs edir.

Əylənməyə gəldikdə isə, heç vaxt səs-küylü yığıncaqların daimi iştirakçısı olmamışam, amma bu o demək deyil ki, mən əylənməyi sevmirəm, maraqlı insanlarla, ürəyimə yatan məkanda əylənmək fürsətini heç vaxtı qaçırmaq istəmərəm. Son dəfə bir neçə həftə öncə kinoya getmişəm. 

Sualın ikinci hissəsinə  gəldikdə isə, son dəfə bu yay oğlumla nərd oynamağı öyrəndikdə masaüstü oyun oynamışam, bu əslində nə vaxtsa bildiyimi yenidən yada salmaq cəhdi idi. Son dəfə bu oyunu ailə qurmadan bir neçə il əvvəl atamla oynamışdım. Pis-yaxşı bir neçə saat oynadıq, vaxtımızı keçirdik, ən azından uşaq smartfondan ayrılıb anasıyla ünsiyyət qurdu, anada uşaqlığını yada saldı.

Hardasa 7-12 yaşlarımda ailəmizdə çox gözəl bir mühit var idi, ara-sıra atam tanıdığı kitab dükanından və ya dostlarından bir neçə yeni kitab alıb gətirirdi və biz növbə ilə bu kitabları oxuyurduq. Əsasən bu detektivlər olurdu. Sonralar böyüdükcə artıq mən özüm kitab almağa başladım və bu kitabların arasında artıq romanlar, tarixi əsərlər, kiçik hekayələrdə olurdu.

Bir çox evdə piano olurdu. Bizim evdədə var idi. Baxmayaraq ki, babam onu mənə hədiyyə etmişdi, onun əsl sahibi anam idi, o saatlarla çalıb oxuyurdu. Mən isə uşaqlıqda musiqi alətinə o  gədərdə maraq göstərmədim, bir neçə kiçik musiqi fraqmenti ilə mənim müsiqiyə marağım bitdi. Bu gün isə anamın xalq və milli musiqiyə olan sevgisi və yəgin ki, babamdan miras qalan klassik musiqiyə olan rəğbət məndədə özünü göstərməyə başlayıb. Elə gün yoxdur ki, musiqiyə qulaq asmayım, sevindiyimdədə, kədərləndiyimdədə müsiqiyə müraciət edirəm. Ona görədə hər gün özümə məxsus tərzdə əyləndiyimi deyə bilərəm.

O vaxtlar televiziya kanallarında bu günki gədər çeşidli filmlər, seriallar və verilişlər olmadığından insanlar seçilən proqramları və filmləri izləmək üçün səbirsizliklə gözləyirdilər və mövzu imkan verirdisə ailəvi izləyirdilər. 

Bu gün isə belə ortamlar artıq azalıb, hər kəs öz maraq dəyirəsinə görə verilişi və ya filmi istədiyi vaxt youtubda və ya digər platformalarda izləyir, və ya saatlarla bitməz tükənməz, mənasız sosial şəbəkə lentlərini izləyir.

Bu arada, valideynlərin uşaqlarla ünsiyyət qurmağında oyunların böyük əhəmiyyəti var, onlar həm yaxınlaşdırır, həm beyini işlətməyə məcbur edir, həmdə motorikanı və fotoqrafik yadaşı inkişaf etdirir. 

Müasir dövrün sevilən oyunları olan "UNO", "Mafiya" və "Monopoliya" oyunları eyni zamanda hövsələli və bəzi hallarda yaradıcı olmağa öyrədir.

Ümid edirəm qarşıdan gələn Yeni il tətillərində aktiv əylənməyə fürsətimiz olacaq.


Aynur Vəliyeva

“Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir.

Oxumağa davam et “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir

Lotereyalar və mərc oyunları necə təşkil edilməlidir?

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Oxumağa davam et Lotereyalar və mərc oyunları necə təşkil edilməlidir?

Paşinyan növbəti hiyləgər oyununu oynadı

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan oğlu Aşotun Bakının tutduğu bütün erməni məhbuslarla dəyişdirilməsi təklifinin Azərbaycana çatdırılmasını tapşırıb.

Oxumağa davam et Paşinyan növbəti hiyləgər oyununu oynadı