Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.
Oxumağa davam et Azərbaycan İslamiadada 99 medal qazanıbEtiket arxivi: #İslamiada
Azərbaycan İslamiadada növbəti qızıl medalını qazanıb
Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medalını qazanıb.
Oxumağa davam et Azərbaycan İslamiadada növbəti qızıl medalını qazanıbAzərbaycan üzgüçüsü İslamiadada gümüş medala layiq görülüb
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğurla çıxış edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb.
V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.
İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.
Azərbaycan İslamiada da 89 medal qazanıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yeddinci gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir.
Oxumağa davam et Azərbaycan İslamiada da 89 medal qazanıbİslamiada: Azərbaycan ağırlıqqaldırmada ilk medalını qazanıb
Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Oxumağa davam et İslamiada: Azərbaycan ağırlıqqaldırmada ilk medalını qazanıbİslamiada: Azərbaycan daha iki medalı təmin edib
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları növbəti medaları qazanıblar.
Oxumağa davam et İslamiada: Azərbaycan daha iki medalı təmin edibKişi voleybolçularımız İslamiada yarışmalarına qələbə ilə başlayıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Oxumağa davam et Kişi voleybolçularımız İslamiada yarışmalarına qələbə ilə başlayıbQadın stolüstü tennisçilərimiz İslamiadada mubarizəyə uğurla başlayıblar
Qadın stolüstü tennisçilərimiz İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar.
Oxumağa davam et Qadın stolüstü tennisçilərimiz İslamiadada mubarizəyə uğurla başlayıblar