Etiket arxivi: #Göygöl

Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edilib

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib.

Oxumağa davam et Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edilib

İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib – VİDEO

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.

Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.

Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.

Sonra dövlətimizin başçısı çıxış edib.

Milli parkda “açıq qapı” günü keçiriləcək

Kiçik Qafqaz sıra dağlarının şimal-şərq yamacında yerləşən, əsrarəngiz göllərlə əhatə olunan və füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkının aprelin 1-i yaranma günüdür.

Oxumağa davam et Milli parkda “açıq qapı” günü keçiriləcək

Göygöl milli parkında “açıq qapı” günü keçiriləcək – FOTO

Göygöl milli parkının yaranması günü ilə əlaqədar aprelin 1-də milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Oxumağa davam et Göygöl milli parkında “açıq qapı” günü keçiriləcək – FOTO