Bakıda “Ağ Şəhər”, Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən yerüstü körpü inşa edilir

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata əsasən, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

Piyada körpüsünün qabariti Q-(7,20÷13,18) m-dir. Körpünün layihələndirməsini yerli mühəndislərlə bərabər Almaniyanın “Werner Sobek AG” şirkəti, memarlıq həllərini isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın “UN Studio” şirkəti işləyib.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.

Leave a Reply