Azərbaycanın sabiq baş pediatrı özünü qüllələyib

Nəsib Quliyevin intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, Nəsib Quliyev Azərbaycanın sabiq baş pediatrı olub.

Leave a Reply