Ağacların tozlanma fəsli başlayır: allergiya, gənələr və ilanlarlardan özümüzü necə qoruyaq?

Aprelin sonu və mayın əvvəli ağacların çiçəklənmə fəslidir və tədricən çinar, qızılağac və fındıq ağacları toz yığmağa başlayacaq.

Hesab edilir ki, iqlimin istiləşməsi daha uzunmüddətli yaz çiçəklənməsinə səbəb ola bilər. Tez-tez yağan yağışlar bu mövsümü daha rahat keçirməyə kömək edir. Nəm şəraitdə çiçək tozu sözün əsl mənasında yerə yapışır və onun havaya yayılmasının qarşısı alınır. Hazırkı hava proqnozuna görə, yaxın bir ay ərzində bir neçə dəfə qısamüddətli yağış yağacaq və hava əsasən quru və günəşli olacaq.

Bakıda çoxluq təşkil edən çinar ağaclarının tozu ən güclü allergenlərdən biridir və yaxın günlərdə onların çiçəklənməsini pik dövrü başlayacaq.

Palıd, yovşan, ambroziya kimi ağacların çiçəklənməsi olanlara alergiyası olanlara narahatlıq yaradacaq.

Soyuqdəyməni allergiyadan necə ayırd etmək olar?

  • allergiya olduqda bədən hərarəti artmır;
  • bədəndə və sümüklərdə ağrılar yalnız viral və bakterial infeksiyalar, soyuqdəymələr üçün xarakterikdir;
  • balgamlı öskürək soyuqdəymə üçün xarakterikdir;
  • allergiya olduqda burun axıntısı sarı və ya yaşıl olmur.

Həmçinin, ağacların çiçəklənməsi dövründə tozdan daha təhlükəli gənələrin aktivləşməsidir. Onlar artıq +5-7 °C temperaturda aktivdirlər, lakin termometr +18-20 °C göstərdikdə onların ən qorxulu zamanıdır.

Gənələrlə yanaşı, ilk gürzələr də meydana çıxır. Aprel günəşində isinmək üçün gizləndikləri yerlərdən sürünərək təbiət qoynunda istirahət edənlərə təhlükə yaradırlar. Buna görə özünüzü ilan dişləməsindən qorumağın ən yaxşı yolu diqqətli yol getmək və qarşınıza ilan çıxdıqda onu qovmağa çalışmamaqdır.

Unutmayın ki, ilan yalnız özünümüdafiə üçün hücum edir. İlan dişlədikdə antihistaminlər qəbul edin, hərəkət etməməyə çalışın (əzələ daralması zəhərin yayılma sürətini artırır) və təcili yardım çağırın.

Leave a Reply