Bakıda “Noh Opera” tamaşası nümayiş olunacaq

Heydər Əliyev Mərkəzində Yaponiyanın qədim incəsənət nümunəsi olan “Noh Opera” Hoşo Teatr Məktəbi tərəfindən səhnələşdiriləcək.

Noh “bacarıq” və ya “istedad” mənasını verən Çin-Yapon sözündən götürülüb və 14-cü əsrdən bəri klassik Yapon rəqs dramının əsas formasıdır.

Noh və Noqaku terminləri bəzən bir-birini əvəz etsə də, Noqakuya həm Noh, həm də Kyogen daxildir. Ənənəvi olaraq tam noqaku proqramına aralarında komediya kyogen parçaları olan bir neçə Noh parçaları daxildir.

Bu gün bir kyogen parça ilə iki Noh parçasının qısaldılmış proqramı adi hala çevrilib. Arzu edilərsə, noqaku tamaşasının ən əvvəlində Okina ritual performansı təqdim edilə bilər.

Lakin çox vaxt fövqəltəbii məxluqun hekayəni danışan qəhrəman kimi insana çevrildiyi ənənəvi ədəbiyyat nağıllarına əsaslanır. Noh maskaları, kostyumları və müxtəlif rekvizitləri yüksək bacarıqlı aktyor və musiqiçilər tələb edən rəqs performansında birləşdirir. Duyğular əsasən stilizə edilmiş ənənəvi jestlər vasitəsilə ötürülür, simvolik maskalar isə ruhlar, qadınlar, tanrılar və cinlər kimi rolları təmsil edir.

No və Kyogenin ən qədim sələflərindən biri 8-ci əsrdə Çindən Yaponiyaya gətirilən sanqakudır. O dövrdə sanqaku termini akrobatların, mahnı və rəqslərin və komik eskizlərin iştirak etdiyi müxtəlif növ tamaşalara istinad edirdi. Sonradan onun yapon cəmiyyətinə uyğunlaşması digər ənənəvi sənət növlərinin də mənimsənilməsinə səbəb oldu”.

Ənənəvi “Noh Opera” sənətçilərinin ağır sənət yolu “Farewell my concubine” filmində təsvir edilib. Film tənqidçilərdən müsbət rəylər alıb və 1993-cü ildə Kann Film Festivalında Qızıl Palma budağı qazandı və bu mükafatı alan ilk və yeganə Çin filmi olub.

Bu teatr hazırda dünyanın ənənəvi və qədim mədəniyyətlərinə bağlı olan yeganə incəsənət növü hesab olunur və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. “No” incəsənət növü insanlara mənəvi rahatlığı, sağlam və xoşbəxt həyat tərzini təlqin edir.

Leave a Reply