Müddətli həqiqi hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi fərqli quruma həvalə edilib

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinə fərqli quruma həvalə edilib.

Dövlət başçısının müvafiq Fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinənin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib ki, bu sahədə ciddi hazırlıq işləri aparılır.

“Elektronlaşdırma, meyarların yenidən müəyyən edilməsi istiqamətində işlər gedir”, – o deyib.

Leave a Reply