Premyer Liqada 20-ci turun ilk oyunu nə vaxt keçiriləcək?

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

İlk oyun günündə “Turan Tovuz” doğma meydanda “Səbail”lə qarşılaşacaq.

“Kəpəz” – “Qarabağ” və “Zirə” – “Sabah” oyunları sabah, “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” görüşləri bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası 20-ci tur 26 yanvar “Turan Tovuz” – “Səbail” oyunu Tovuz şəhər stadionunda saat 15:00-da baş tutacaq.

Hakimlər Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov olacaq.

Leave a Reply