Nazirlik dərsliklərlə bağlı ictimaiyyətin irad və təkliflərini öyrənir

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya  yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.

Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələr əlavə ediləcək.

Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək mümkündür. 

Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə dəvət edir.  

Leave a Reply