Vətəndaş hansı hallarda göstərilən tibbi xidmətin ödənişini öz hesabına etməlidir?

İcbari Tibbi Sığorta Agentliyi əhalini maarifləndirmək məqsədi ilə növbəti məlumat yayıb.

Məlumatda, göndəriş vərəqəsi olmadan, birbaşa özəl tibb müəssisəsinə müraciət edən vətəndaşın göstərilən tibbi xidmətin ödənişini öz hesabına etməli olduğu qeyd edilib.

Xatırladaq ki, İcbari Tibbi Sığortanın xidmət zərfinə daxil olmayan tibbi arayışlar ödənişli əsaslarla təqdim edilir. Bu “Sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış” (40,12 manat) və “Sürücülüyə yararlı olmaq barədə arayışdır” (40 manat).

Qeyd edilən arayışlar vətəndaşların işə düzəldiyi zaman tələb olunurlar.

Leave a Reply