Valideynlər dispanzerizasıyaya əngəl olduqları halda cərimələnə bilərlər

Bəzi valideynlər uşaqlarının yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması və ümumi dispanzerizasiya tədbirlərində istirakına laqeyd yanaşirlar. Nəticədə uşaqlar icbari dispanser xidmətlərindən kənarda qalır və bəzən həkimə müraciət etdikdə artıq gec olur. Buna görə valideynlər məsuliyyətə cəlb oluna bilərlər.

Uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur:
– dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi,
– həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi,
– daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi.

Bu əməllərin törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir .

Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. 

Leave a Reply