Muğam Mərkəzində “İncə Sənət” adlı konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Nazxanım Dadaşovanın piano müşaiyəti ilə “İncə Sənət” adlı konserti keçirilib.

Konsertdə musiqi, poeziya və rəssamlığın vəhdətini nümayiş edilib.

Nazxanım Dadaşova sərgi-konsert haqda bəhs edərək bildirib ki, layihə Azərbaycanda qadınların seçim hüquqlarının yaranmasının 105 illiyinə həsr olunub.

“Azərbaycan qadınları seçkilərdə iştirak etmək hüququna ABŞ qadınlarından daha öncə malikdirlər. Bu gün onlar seçimlarində azaddırlar, öz istəkləri ilə incəsənətlə məşgul olan bilərlər, ozlərini karyeralarının inkişafına və ya ailələrinə həsr edə bilərlər. Təqdim etdiyim konsert proqramında istedadlı rəssam Mehriban Şəmsəddinskinin rəssamlıq əsərləri klassik musiqi kompozisiyalarının müşaiyəti ilə nümayiş olunur”,- deyə o qeyd edib.

Gənc pianoçu nailiyyətlərində Leyla Əliyevanın simasında Heydər Əliyev Fondunun aparıcı rol oynadığını qeyd edib.

Leave a Reply