Saxta ödəniş portalı yaradılıb

Kiberdələduzlar tərəfindən saxta ödəniş portalı yaradılıb.

TIME bildirir ki,“milliodeme.net” Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.

Leave a Reply