Özünü qatarın altına atan şəxs vəfat edib

İntihar hadisəsi dəmir yolunda baş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 23 may 2023-cü il tarixində saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Leave a Reply