Avtobuslar texniki baxışı yeni qaydada keçəcəklər

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli qərarında dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sərnişin avtobusları sərnişinlərinin (şəhərdaxili və yaxud qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirilmədikdə texniki baxışa buraxılmayacaq.

Belə olan halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Leave a Reply