Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü keçirir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Açıq qapı” günü abituriyentlər:

– 2023/2024-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

– filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr  və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

– qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcək.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü 15 aprel 2023-cü il tarixində saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığı).

Tədbir bitdikdən sonra (saat 16:00-da) universitetin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Leave a Reply