Kitabxanalara işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.

Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.

Namizədlər müsahibə proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər.

Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcək. 

Leave a Reply