Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edilib

UNESCO-nun Parisdə yerləşən Baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu çərçivədə ötən gecə, 6 aprel 2023-cü il tarixində Azərbaycan, Qazaxıstan və Çin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramı təşkil edilib.

Konsertdə çıxış edən pianoçu Səidə Zülfüqarova və Fleyta ifaçısı Ağarəhim Quliyevin ifasında  klassik musiqi parçaları çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Milli geyimli rəqqasların ifa etdiyi “Uzundərə” və “Naz eləmə” rəqsləri də zalda xüsusi coşqu yaradıb. Konsertdə həmçinin Çin və Qazaxıstandan olan kollektivlərin ifasında biri-birindən maraqlı ifalar səslənib, milli geyim kolleksiyası nümayiş etdirilib.

Tədbir hər üç ölkənin milli mətbəx nümunələrinin təqdim edildiyi ziyafətlə başa çatıb.

Leave a Reply