Heydər Əliyev Mərkəzində qala konsert təqdim olunacaq

Mayın 25-də Heydər Əliyev Mərkəzində qala konsert təqdim olunacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, klassik musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək. 

Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, yerli və beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinara Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrogio Maestri (bariton) çıxış edəcək.

Leave a Reply