Karantin rejiminin müddəti uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2023-cü il 1 mart saat 06:00-dək olan dövrü əhatə edib.

Leave a Reply