Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi müsabiqəsi yeni qaydada keçiriləcək

Nazirlər Kabinetinin Qərarına əsasən Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi müsabiqəsi yeni qaydada keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeyd olunan qaydada müsabiqələrin əhatə etdiyi mövzular hissəsinə və qalib layihələrin seçilməsi mərhələsinə müvafiq qurumlarla razılaşdırma əlavə edilmiş, müsabiqədə iştirak edə biləcək şəxslər dəqiqləşdirilmiş, tələb edilən sənədlərin əldə edilməsi ilə bağlı təkmilləşdirmə aparılıb.

Qiymətləndirmə Komissiyasının tərkibi, layihələrin ekspertizası və qiymətləndirilməsi ilə bağlı təkmilləşdirmə aparılıb və qrant müqavilələrinin müddəalarına əlavələr edilib.

Leave a Reply