Azərbaycanda ilk geoparkın yaradılmasına başlanılır

Yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, geoparkın “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun bazasında yaradılması nəzərdə tutulur.

Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, AMEA alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.

Görüşdə yaradılacaq geoparkın UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.

və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq.

Leave a Reply