Tələbə yataqxanasında qətl törədilib

8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2007-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

 TIME rəsmi mənbəyə istinadən bildirir ki, ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2002-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

  Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

  İbtidai istintaq davam etdirilir.

Leave a Reply