DİM qabiliyyət imtahanlarında iştirak etmək üçün konsertmeysterləri əməkdaşlığa dəvət edib

Dövlət İmtahan Mərkəzi musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterləri əməkdaşlığa dəvət edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları zamanı abituriyentlər orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisasları üzrə imtahanlarda konsertmeysterlərin müşayiəti ilə ifa nümayiş edirlər.

Konsertmeysteri olmayan abituriyentlərin imtahanda konsertmeysterlə ifasını təmin etmək üçün Dövlət İmtahan Mərkəzi imtahanlara növbətçi konsertmeysterlər dəvət edir. Konsertmeysterlər imtahanda abituriyentin ifasında böyük rol oynayır və məsuliyyət daşıyır.

Orkestr alətləri, xalq çalğı alətləri, vokal sənəti, dirijorluq, xanəndəlik və populyar musiqi və caz ifaçılığı ixtisası üzrə konsertmeyster kimi fəaliyyət göstərən bütün ali təhsilli şəxslər Dövlət İmtahan Mərkəzi ilə konsertmeyster kimi əməkdaşlıq etmək üçün müraciət edə bilərlər.

Namizədlərə dair tələblər:

– musiqi sahəsi üzrə ali təhsil;

– konsertmeyster kimi ən azı 5 illik iş təcrübəsi;

– notu yüksək səviyyədə üzdən oxumaq bacarığı;

– məşhur əsərləri əzbər ifa etməsi arzuolunandır;

– tar və kamança cütlüyünü müşayiət edən konsertmeysterlər muğamları, dəstgahları, təsnifləri, rəngləri, xalq mahnılarını, bəstəkar mahnılarını bilməlidirlər.

Qeydiyyatdan keçmək üçün namizəd şəxsi məlumatlarını, təhsil və əmək fəaliyyəti haqqında məlumatları verilmiş anketdə dolduraraq fevralın 22-dək g.qulamova@dim.gov.az elektron poçt ünvanına göndərməlidir.

Qeydiyyatdan keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi, alətdə ifa bacarıqları və digər məlumatları dəqiqləşdirilir.

Müsahibədən uğurla keçən konsertmeysterlər Dövlət İmtahan Mərkəzinin “Elektron konsertmeyster bazası”na daxil edilirlər.

Müsahibəyə gələrkən namizədlər aşağıda qeyd edilən sənədləri özləri ilə gətirməlidirlər:

  • Namizədin qeydiyyat anketi;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Ali təhsil haqqında sənədin əsli və surəti;
  • İş yerindən arayış (əmək stajı göstərilməklə);
  • Bank rekvizitləri (rəsmi möhürlü);Sosial sığorta kartının surəti (və ya nömrəsi);
  • Məhkumluğun olmaması haqqında arayış.

Müsahibədən keçən konsertmeysterlərlə 5 illik xidməti müqavilə bağlanılacaq və hər iştirak etdiyi imtahan üçün müqavilədə nəzərdə tutulmuş əmək haqqı ödəniləcək.

Leave a Reply