Bir sıra kənd təsərrüfatı məhsulu idxal rüsumundan azad edildi

Azərbaycan Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsulu idxal rüsumundan azad edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 32 nömrəli Qərarı baş soğan və şalot soğanın idxalının 2023-cü ilin 1 may tarixinədək idxal gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

Nazirlər Kabinetinin digər qərarına əsasən baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib.

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla)  Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur.

Leave a Reply