Muzeylərdə gənclər üçün “açıq qapı” günləri olacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Leave a Reply