Top 5 faydalı rəqəmsal vərdiş


Yanvar ayı yeni rəqəmsal vərdişlərin formalaşdırılması üçün ən yaxşı vaxtdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qarşıdakı il ərzində məlumatlarınızı qorumaq və həyatınızı asanlaşdırmaq üçün sadə tövsiyələri ilə bölüşüb.

  1. Yeni il – yeni şifrələr!
    Şifrələrin auditini aparın: köhnələri dəyişdirin, yenilərin etibarlılığını yoxlayın. Əsas
    qaydanı xatırladırıq – bir neçə hesab üçün eyni şifrələrdən istifadə etməyin!
    Əksər insanlar kimi, birdən çox hesabınız varsa, etibarlı şifrə meneceri sizə kömək
    edəcək. Müasir həllər bir çox faydalı xüsusiyyətlərə malikdir: məsələn, müxtəlif
    brauzerlər və platformalar üçün avtomatik doldurma və ya avtomatik şifrə
    generatoru.
  2. Hesablarınızdan məlumat sızması ilə bağlı bildirişləri aktivləşdirin
    Şəxsi məlumatların sızması şəxsi və korporativ hesablarınız üçün böyük təhlükə
    yaradır. Fırıldaqçılar hesabınıza daxil olmaq üçün oğurlanmış məlumatlardan istifadə
    edə bilərlər. Təəssüf ki, sızmalar olduqca tez-tez baş verir və hər birini izləmək
    çətindir.
    2023-cü ildə təcavüzkarları qabaqlaya və oğurlanmış məlumatları içində sizin
    haqqınızda məlumatın olub-olmamasını öyrənmək üçün skan edəcək xüsusi sızma
    monitorinqi proqramlarından istifadə edə bilərsiniz. Qabaqcıl şifrə menecerləri bu
    funksiyanı, eləcə də şəxsi məlumatların sızması zamanı sürətli bildirişi funksiyasına
    malikdir.
  3. Daha çox məxfiliyə ehtiyacınız var? VPN quraşdırın! VPN onlayn təhlükəsiz və məxfi olmaq istəyən hər kəs üçün vacibdir. Müasir həllər istifadəçilərin bütün ehtiyaclarına cavab verir, istifadəsi asandır, sürətli trafik və şəxsi məlumatların məxfiliyini təmin edir. Müasir VPN xidmətləri təhlükəsiz onlayn alış-veriş etməyə, dünyanın istənilən yerində axın xidmətlərindən istifadə etməyə və yerli məzmuna çıxışı təmin etməyə imkan verir. Onlar həmçinin istifadəçilərə keyfiyyət itkisi və ya ilişmə olmadan 4K keyfiyyətində məzmuna baxmaq üçün sürətli trafik təmin edir. Xidmət həmçinin daha çox anonimlik təmin edərək, IP ünvanını vebsaytlardan və reklamçılardan gizlədir.
  4. Sənədləri təhlükəsiz yerə köçürün
    Elektron sənədlərin təhlükəsiz qalması və yanlış əllərə düşməməsi üçün onları necə
    düzgün saxlamaq lazımdır? Etibarlı seçim sənədləri şifrə menecerində saxlamaqdır.
    Müasir proqramlar təkcə şifrələr və bank məlumatlarından daha çoxunu saxlamağa
    qadirdir. Yəni, skanlar, PDF şəkillər və qorumaq istədiyiniz tibbi arayışlar, telefon nömrələri və iş sənədləri də daxil olmaqla, digər vacib sənədləri yükləyə biləcəyiniz hərtərəfli təhlükəsiz elektron saxlanc qutusu kimi çıxış edirlər. Bu cür qutular xüsusi şəkildə şifrələnir və yalnız istifadəçinin ayrıca olaraq yadında saxlamalı olduğu olan əsas şifrədən istifadə etməklə deşifrə edilə bilər.
  5. Uşaqların təhlükəsizliyinin qeydinə qalın
    Yalnız özünüzə deyil, uşaqlarınıza da diqqət yetirin. Uşağın rəqəmsal dünyaya
    açılan qapısının təhlükəsiz olması üçün ona onlayn təhlükəsizlik qaydalarını dərhal
    öyrətmək vacibdir. Valideynlər kibertəhlükəsizlik haqqında danışmağı təkcə faydalı
    deyil, həm də maraqlı etmək üçün oyunlar və ya digər əyləncə formatlarından
    istifadə edə bilərlər.

Leave a Reply