Medianın fəaliyyəti ilə bağlı cərimələrin məbləği artırılacaq

Milli Məclis bu günki iclasında media subyektlərinin fəaliyyətinin tənzimləyən bir sıra məsələni və bir sıra cərimələrin tətbiq edilməsini müzakirə edib.

TIME Trend-ə istinadən bildirir ki, müzakirələr zamanı loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanlarının cərimələnməsi məsələsi iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.

Bununla yanaşı, Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək.

Dəyişikliyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərmə müəyyən edilir.

Ölkədə media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görədə yeni cərimələr müəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinə Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media Haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, informasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görədə cərimə müəyyən edilir.

Belə ki, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaq.

Leave a Reply