Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsahibələr dekabrın 28-də onlayn təşkil olunub.

Qeyd edək ki, müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Leave a Reply