Qida təhlükəsizliyi qaydalarını pozan daha 18 müəssisə aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 26 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1“Buta” aptekXətai rayonu, Gəncə pr.,ev 2930Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2“Təbriz” mağazasıYasamal rayonu, C.Cabbarlı küç., ev 16, m. 291.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3“İran Nemətləri” mağazasıBinəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/331.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4“Özbəkistan Quru Meyvələr” mağazasıBinəqədi rayonu, Ə.Rəcəbli küç., ev 80B1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5“Agro Alliance” quru meyvələr mağazasıBinəqədi rayonu, Ə.Rəcəbli küç., ev 11/331.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6“Lüks” marketİsmayıllı şəhəri, Koroğlu küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
7“Fərit” marketİsmayıllı şəhəri, Nizami küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
8“Qala” marketİsmayıllı şəhəri, M.Orucov küçəsi1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
9“Sərfəli” marketBərdə rayonu, Güloğlular kəndi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
10Həsənov Vüsal Sərdar oğluna məxsus mağazaBərdə rayonu, Güloğlular kəndi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
11“Cam” marketBərdə rayonu, Güloğlular kəndiAzərbaycan dilində markalanması olmayan məhsulların satışı
12“Telman” marketBərdə rayonu, Güloğlular kəndi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
İctimai iaşə müəssisələri
13“Palma” restoranıXətai rayonu, Gəncə pr.,ev 4431.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14“Bliss Pub Lounge”Xətai rayonu, Gəncə pr.,m. 11.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Ev şəraitində hazırlanan məhsulların satışı
15“The Lodge” kafesiYasamal rayonu, Z.Xəlilov küç., ev 589-cu məhəllə1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Ev şəraitində hazırlanan məhsulların satışı
16İbrahimov Şəhriyar Həsrət oğluna məxsus kafeŞamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
17“Afra Pub” kafesiOğuz şəhəri, 20 Yanvar küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
18 “Şəmkir” şadlıq sarayıŞəmkir şəhəri, 20 Yanvar küçəsiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Leave a Reply