Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqları artırıldı

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra
təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin təşkilatlara aiddir:

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
  • Heydər Əliyev Mərkəzi;
  • “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
  • Azərbaycanda Atatürk Mərkəzi;
  • Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
  • Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
  • Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
  • Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
  • Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
  • Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
  • Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
  • Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
  • İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Leave a Reply