Sabah 6 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. 

Gecə şəhərətrafı yollar buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Leave a Reply